
Konfrans Liqasının 3-cü təsnifat mərhələsinin cavab görüşü çərçivəsində "Sabah"ın qonağı olacaq "Levski"nin Bakı planı məlum olub.
Bolqarlar paytaxtımıza avqustun 13-də, günorta saatlarında çatacaq.
Qonaqlar şəhərin bahalı məkanlarından sayılan “Hilton” hotelində məskunlaşacaq.
Rəqib komandanın baş məşqçisi Xose Velaskesin mətbuat konfransı həmin gün saat 18:30-da, ilk 15 dəqiqəsi mətbuat üçün açıq olacaq məşqi isə saat 19:30-da “Bank Respublika Arena”da keçiriləcək.
Qonaq komandada 10-a yaxın media nümayəndəsi yer alacaq.
“Levski” tərəfi əvvəlcədən nəzərdə tutulandan çox azarkeşlə səfərə çıxacaq.
Belə ki, ilk olaraq 100 bilet sifariş edən "Levski" tərəfi sonra bu sayı artırıb.
"Tələblər"dən onlar üçün 400 biletin ayrılması xahiş olunub.
Xatırladaq ki, "Sabah" - "Levski" görüşü 14 avqust, saat 20:00-da "Bank Respublika Arena"da keçiriləcək.
İlk görüşdə təmsilçimiz 0:1 hesabla məğlub olub.
XANOĞLAN / SPORTİNFO.AZ