Gəl, indi bunların öhdəsindən Bakıda gəl də! - VAHİMƏ SAÇAN GÜN

13 Avqust 20:00 Sabah 389
Gəl, indi bunların öhdəsindən Bakıda gəl də! - VAHİMƏ SAÇAN GÜN

"Sabah" Bolqarıstanda yaxşı mübarizə ilə yadda qaldı.

Amma yaxş nəticəni qoparmaq mümkün olmadı.

Son saniyələrdə buraxılan qol "tələblər"i məyus etdi.

Cavab görüşü təmsilçimiz üçün iki qat ağır olacaq.

Doğma meydanda oynamağa rəğmən.

"Levski" ilk oyunda dominant oynamağa, qol vurmağa məhkum idi. Belədə zaman-zaman arxa zonada boşluqlar verməsi qaçılmaz idi.

Ki, verirdi də. Təəssüf ki, futbolçularımız yaxşı fürsətləri dəyərləndirə bilmədi.

Bu dəfə Con Ley Mikelsi, Sekidikanı daha bərk müdafiə xətti qarşılayacaq.

Çünki hesabda geri olan "Sabah" dominant oynamağa məhkumdur.

Qonaqlar isə müdafiəni bərk tutub, ehtiyatlı oyuna üstünlük verəcək.

Bu isə bolqarların ən yaxşı bacardığı işdi.

Son İsrail çempionu "Beer Şeva"dan, Portuqaliya nəhəngi "Braqa"dan dörd 90 dəqiqədə 1 qol buraxmamaq sıradan hadisə deyil.

"Sabah" bu qədər etibarlı müdafiəsi olan bir rəqibi mübarizədən kənarlaşdırmaq üçün Bakıda mütləq iki qol vurmalıdır.

Ən pis halda qol buraxmadan birini vurub, penaltilər seriyasına bel bağlamalıdır.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
13 Avqust 18:10 Çək və bizə göndər!
13 Avqust 09:00 "Sumqayıt"dan ilk satış
13 Avqust 08:00 Xəzərdə zəlzələ oldu
13 Avqust 05:00 Yeni müqavilə - 3 İLLİK