"Sabah"ı gözləyən təhlükə - Bolqarlar qorxulu “silah”ını da Bakıya gətirəcək

18:35 Sabah 296
"Sabah"ı gözləyən təhlükə - Bolqarlar qorxulu “silah”ını da Bakıya gətirəcək

"Sabah"ın Konfrans Liqasında yoluna davam etməsi üçün əməlli-başlı mübarizə aparması lazım gələcək.

"Tələblər" səfərdə 0:1 məğlub olduğu "Levski"yə qarşı Bakıda təkcə meydanda yox, həm də meydandan kənarda duruş gətirməli olacaq.

Belə ki, bolqarlar əsas silahını da paytaxtımıza gətirəcək.

Söhbət balkan təmsilçisinin çılğın fanatlarından gedir.

İlk oyunda ekran başından nə qədər möhtəşəm, qorxulu, vahiməli olduqlarına şahidlik etdiyimiz "Levski" fanları Masazırda da öz yerini alacaq.

Özü də nə az, nə çox 100 nəfərlik heyətlə.

Artıq bu barədə qarşı tərəf "Sabah"a məlumat verib.

Xatırladaq ki, Konfrans Liqasının 3-cü təsnifat mərhələsinin "Levski" ilə cavab görüşü 14 avqust, saat 20:00-da "Bank Respublika Arena"da keçiriləcək.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti