Futbolu bolqarlardan az sevmədiyimizi sübut etmək üçün...

16:30 Sabah 198
Futbolu bolqarlardan az sevmədiyimizi sübut etmək üçün...

“Levski” kompakt, yaxşı müdafiə oluna bilən komandadır.

Adi vaxtlarda onların müdafiəsini yarmaq müşkül məsələyə çevrilir, o ki qaldı hesabda 1:0 öndə olalar.

“Sabah” Azərbaycanda ən yaxşı, ən məhsuldar hücum xəttinə malik komandadır. Elə təsadüfi deyil ki, “Sabah” cari avrokubok mövsümündə hətta “Qarabağ”dan da çox qol vurub (5 oyuna 11 qol).

Lakin “Levski”nin müdafiə xətti nə “Petrokub”la nə də “Çelye” ilə müqayisəyə gəlmir. Bolqarlar arxa xətti qapmaqda daha mahirdirlər.

Elə Sofiya klubunun cari avrokubok oyunlarının statistikası buna sübutdur.

“Göy-ağlar” cari avrokubok mövsümündə İsrail “Hapoel Byer-Şeva”sı, Portuqaliya “Braqa”sı və bizim “Sabah”la oyunlarda ümumilikdə 5 oyuna cəmi 2 qol (“Hapoel” və “Braqa” ilə oyunlardakı əlavə vaxtları da nəzərə alsaq, ümumilikdə 510 dəqiqəyə 2 qol) buraxıb.

Məhz bu amil “bayquşlar”ın hücum xəttinin “Levski” ilə oyunda nə qədər sərrast olmaları, hətta əldə etdikləri yarım qol fürsətini də dəyərləndirməli olduqlarını göstərir.

Uzun sözün qısası, bizi növbəti cümə axşamı “Bank Respublika Arena”da gərgin və bir o qədər də maraqlı oyun gözləyir.

Bayaq “Levski”nin azarkeş potensialından,

Sofiyadakı oyunda komandalarını necə qələbəyə daşımaları barədə söz açdım. Həmişə “biz futbolu sevirik” deyirik.

Görək, yerli futbolsevərlər ən azı futbol sevgisində bolqarlardan geri qalmadıqlarını sübut edə biləcəklərmi.

Növbəti cümə axşamı Masazırda bolqarlara həm də əsl səfər atmosferi yaşatmaq lazımdır.

OSMAN

Digər Xəbərlər
Xəbər Lenti