“Bunu edə bilsələr, çox fərqli "Sabah" izləyə bilərik" - VİDEO

15:15 Sabah 221
“Bunu edə bilsələr, çox fərqli "Sabah" izləyə bilərik" - VİDEO

"Sabah"ın yarımmüdafiəçiləri əzmkar olsalar da, birəbir yaxşı təsir bağışlasalar da, ümidlər yenə Coy-Lens Mikkelsədir.

Komandamız zonaları daraltmağı, müdafiə xəttini meydanın rəqibə aid hissəsinə kimi çıxarmağı çox yaxşı bacarırdı.

Valdas Dambrauskasın fərqi, oyun profili yavaş-yavaş komandada hiss olunmağa başlayıb. Bu qarşılaşmada ən böyük problem futbolçuların özünü tez-tez yerə atıb, vaxt uzatması idi.

Bu da ki, sona 8 dəqiqənin əlavə olunmasına səbəb oldu. Komanda fiziki olaraq bir qədər də artırsa, çox fərqli "Sabah" izləyə bilərik".

Bu açıqlamalar “Sportinfo TV”də yayımlanan "Avropa həftəsi" verilişində səsləndirilib.

Elçin Cəfərovla Amit Quluzadə Konfrans Liqasının üçüncü təsnifat mərhələsi çərçivəsində keçirilən "Levski" - "Sabah" matçının (1:0) yekunu barədə şərhlər verib, məğlubiyyətin səbəblərindən danışıblar.

Verilişin rəsmi tərəfdaşı “QOLAT Sport Services & Football Agency”dir. Şirkət dövlət, özəl, fərdlər arasında futbol və digər idman yarışlarını keçirən bir brenddir.

Hədəf təşkil edilən idman yarışları ilə üzvlərin iş stressini azaltmaq, yeni əməkdaşlıqlar, dostluqlar və ən əsası daha sağlam həyat tərzini aşılamaqdır, yaşamaqdır.

Son bir ildə isə şirkətə daha bir xidmət sahəsi əlavə edilib. Bu, FİFA Agentliyi xidmətidir.

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN

Digər Xəbərlər
Xəbər Lenti