Klubun transfer siyasətini şərh etməkdən boyun qaçırdı: “Bu, mənim işim deyil”

11:05 Sabah 197
Klubun transfer siyasətini şərh etməkdən boyun qaçırdı: “Bu, mənim işim deyil”

"Bütün gücləri ilə mübarizə apardıqlarına görə komanda yoldaşlarıma təşəkkür edirəm.

Azarkeşlərə minnətdaram - onlar bizim 12-ci oyunçumuzdur”.

Sportinfo.az xəbər verir ki, bunu “Levski”nin kapitanı Marin Petkov evdə “Sabah”ı 1:0 hesabı ilə məğlub etdikləri Konfrans Liqasının III təsnifat mərhələsinin ilk oyunu haqda deyib.

22 yaşlı hücumçu daha çox qol vura biləcəklərini söyləyib:

“Amma “Sabah”ın da bizim kimi qol şansları var idi. Bu, yekun nəticədir və biz bunu qəbul etməliyik".

Bolqarıstanlı oyunçu nəticənin sürpriz olmadığını bildirib:

“Topa sahib olduğumuz çətin oyun oldu. Onların da müdafiə də və ya hücumda oynadıqları anlar var idi”.

O, komandanın məşqçilər heyətinə güvəndiyini deyib:

“Bizə lazım olan tək şey özümüzü bir yerə yığmaq və bunun üçün əlimizdən gələni etməkdir. Avropada səviyyə Bolqarıstandan yüksəkdir.

Bu və əvvəlki oyunlarda şanslarımız oldu, lakin onlardan yararlana bilmədik. Bunu zamanla düzəldərək qol vurmağa başlayacağıq".

Petkov “Levski”nin transfer siyasətini şərh etməkdən imtina edib:

“Bu, mənim işim deyil. Bu gün oynamışam, son matçda da oynamışdım, növbəti oyunlarda məşqçi qərar versə, oynayacam. Reallıq budur".

Digər Xəbərlər
Xəbər Lenti