“Levski”nin kapitanı: "Sabah" bizi təəccübləndirmədi - Bu, artıq onların seçimidir"

9 Avqust 00:50 Sabah 374
“Levski”nin kapitanı: "Sabah" bizi təəccübləndirmədi - Bu, artıq onların seçimidir"

Bolqarıstanın “Levski” klubunun kapitanı Marin Petkov Konfrans Liqasının 3-cü təsnifat mərhələsinin ilk oyununda “Sabah” üzərində qələbəni (1:0) şərh edib.

Sportinfo.az Bolqarıstan mətbuatına istinadən xəbər verir ki, o, deyib:

“Komanda yoldaşlarımın hamısına təşəkkür edirəm. Meydanda bütün güclərini qoydular. Azarkeşlərimizə də təşəkkürlər: onlar bizim 12-ci oyunçumuzdur.

Bizi axıradək dəstəklədilər. Düşünürəm ki, bir qoldan artıq da vura bilərdik, amma necə ki, bizim imkanlarımız oldu, onların da qol şansları vardı.

Rəqibin oyunu ilə bizi təəccübləndirdiyini deməzdim. Gərgin keçən oyunda topa nəzarət bizdə idi.

Onların müdafiəyə çəkilib hesabı qoruduqları anlar oldu. Amma bu, artıq onların seçimidir”.

Digər Xəbərlər
Xəbər Lenti
8 Dekabr 18:10 Çək və bizə göndər!
8 Dekabr 08:20 Yeni rəqibi məlum oldu
8 Dekabr 02:40 Nazim nokautla uduzdu