Biri “Bakı” idi, “Sabah”la 100 oldu

9 Avqust 2025 02:50 Sabah 546
Biri “Bakı” idi, “Sabah”la 100 oldu

"Sabah" Konfrans Liqasının III təsnifat mərhələsində üz-üzə gəldiyi Bolqarıstan təmsilçisi "Levski"nin tarixinə düşüb.

Sportinfo.az xəbər verir ki, Masazır komandası avrokuboklarda sofiyalılar üçün 100-cü rəqibi olub.

"Levski" indiyədək Azərbaycan klublarından yalnız "Bakı" ilə üz-üzə gəlib.

2009-cu ildə ildə keçirilmiş Çempionlar Liqasının II təsnifat mərhələsinin oyunlarında Bolqarıstan komandası daha üstün olub - 0:0, 2:0.

Bolqarıstan komandası avrokuboklarda ilk oyununu 60 il əvvəl - 12 sentyabr 1965-ci ildə "Rosunda" stadionunda İsveç "Yurqorden"inə qarşı keçirib. Görüş "göylər"in məğlubiyyəti ilə yekunlaşıb - 1:2.

"Levski" indiyədək 220 oyunda 300 qol vurub. Qolların 3-ü komandanın aktivinə avtoqolla yazılıb.

Sonuncu topu iki həftə əvvəl İsraildən "Hapoel" (Beer Şeva) ilə qarşılaşmada Mustafa Sanqare vurub. Ümumilikdə isə 110 fərqli oyunçu fərqlənib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
01:50 Emrah PAŞA