
“Sabah” Konfrans Liqasının 3-cü təsnifat mərhələsinin ilk oyununda Bolqarıstanda “Levski” ilə qarşılaşıb.
Sportinfo.az xəbər verir ki, səfərdə 0:1 hesabı ilə məğlub “bayquşlar”ın slovakiyalı hücumçusu Pavol Şafranko oyunun 74-cü dəqiqəsində zədələnərək, meydanı vaxtından əvvəl tərk etməli olub.
Komandanın aparıcı futbolçusu yerini Neqoş Kupusoviçə verib.
Masazır təmsilçisinin mətbuat xidmətindən verilən məlumata görə, Şafrankonun zədəsi çox da ciddi deyil və növbəti oyuna kimi hazır ola bilər.
Tərəflər arasında cavab qarşılaşması avqustun 14-də, Masazırdakı “Bank Respublika Arena”da keçiriləcək.