“Sabah”ı “90+8”də “yıxan: “Bu, mənim üçün gerçəkləşmiş bir yuxu kimidir”

8 Avqust 22:40 Sabah 107
“Sabah”ı “90+8”də “yıxan: “Bu, mənim üçün gerçəkləşmiş bir yuxu kimidir”

“Bu, mənim üçün gerçəkləşmiş bir yuxu kimidir.

Ən çox isə komandama fayda verdiyim üçün sevinirəm".

Sportinfo.az xəbər verir ki, bu sözləri “Levski”nin futbolçusu Borislav Rupanov Konfrans Liqasında “Sabah”a 1:0 hesabı ilə qalib gəldikləri görüşdən sonra bildirib.

“Mavilər"in gənc hücumçusu “Gerena” stadionunun dolu tribunalarını 98-ci dəqiqədə vurduğu qələbə qolu ilə coşdurub.

90+8-ci dəqiqədə qol vuran matçın qəhrəmanı həmçinin deyib:

"Hər oyunda bizə tapşırılır ki, meydana çıxıb bütün gücümüzü ortaya qoyaq. Bu dəfə də belə oldu.

Bu azarkeşlər möhtəşəmdir, onlarla yalnız fəxr etmək olar”.

"Sabah"la "Levski" arasında cavab oyunu avqustun 14-də Bakıda keçiriləcək.

Digər Xəbərlər
Xəbər Lenti
8 Avqust 18:10 Çək və bizə göndər!