“Əgər o, baş məşqçi postunda qalsaydı…” - Sözünü bu VİDEOda dedi

8 Avqust 2025 17:40 Sabah 883
“Əgər o, baş məşqçi postunda qalsaydı…” - Sözünü bu VİDEOda dedi

"Vasili Berezutski qalsaydı, biz belə Coy-Lens Mikels görməyəcəkdik".

Bu sözlər futbol eksperti Emin Abbasova aiddir.

O, ATV kanalında yayımlanan "Futbolumuz" verlişində "Sabah"ın almaniyalı hücumçusunun ünvanına təriflər yağdırıb.

Tanınmış teleşərhçi Avropa Liqası və Konfransı Liqasında üst-üstə 6 qol vuran əcnəbi forvardın əla forma yığdığını bildirib.

Qeyd edib ki, Mikels baş məşqçi dəyişikliyindən sonra özünə gəlib və get-gedə daha yaxşı təsir bağışlamağa çalışır.

Abbasovun fikrincə, Valdas Dambrauskasın təyinatı ona yaxşı təsir göstərib. Çünki litvalı çalışdırıcı ondan əvvəlki rusiyalı həmkarından fərqli olaraq, hücum futboluna üstünlük verir.

SPORTİNFO.AZ

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
01:50 Emrah PAŞA