Bu şəxs iş başındadırsa... “Sabah”ı düşünməyə məcbur edən

7 Avqust 20:40 Sabah 123
Bu şəxs iş başındadırsa... “Sabah”ı düşünməyə məcbur edən

Bu gün Konfrans Liqasının III təsnifat mərhələsinin ilk oyunu çərçivəsində “Sabah” səfərdə “Levski”nin qonağı olaca

Matç Xorvatiyadan olan hakimlər briqadasına tapşırılıb.

FIFA referisi Duye Strukana yan xətlərdə Alen Yakşiç və Maryan Tomas yardımçı olacaqlar.

Dördüncü hakim funksiyasını Ante Terziç yerinə yetirəcək.

41 yaşlı Strukan ölkəsində kifayət qədər təcrübəli hesab olunur. 14 ildir elita matçlarını idarə edən referi 2017-ci ildən beynəlxalq matçlara təyinat alır.

O, bu müddətdə avrokuboklarda 24 oyunda iş başında olsa da, təmsilçilərimizlə yolu heç vaxt kəsişməyib.

Əvəzində, üç dəfə Bolqarıstan komandalarının görüşlərini idarə edib. Maraqlıdır ki, bolqarlar onun idarəçiliyi altında heç vaxt məğlubiyyət acısı yaşamayıb.

2022-ci ildə Konfrans Liqasının təsnifat mərhələsində ÇSKA Sofiyada “Bazel”i qəbul edib və 1:0 hesabı ilə qalib gəlib.

2023-cü ildə Konfrans Liqasının 1/16 final mərhələsində “Ludoqorets” “Huvepharma Arena”da “Anderlext”lə qarşılaşıb. 90 dəqiqənin tamamında Bolqarıstan nəhəngi qələbəyə sevinib – 1:0.

2024-cü ilin payızında Avropa Liqasının qrup mərhələsində “Ludoqorets” İtaliyada “Latsio”nun qonağı olub. Məhz bu hakimin idarə etdiyi qarşılaşmanın qolsuz bərabərliklə başa çatması bolqarların xeyrinə işləyib.

Təsadüfdür, yoxsa, reallıq, Bolqarıstan komandaları indiyə qədər Duyenin idarə etdiyi duellərdə məğlubiyyət acısı yaşamayıb. Dəqiq desək, Bolqarıstandakı hər iki oyunda qələbə qazanıblar.

Bu axşam Sofiyada gerçəkləşəcək matç Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.

Cavab qarşılaşması bir həftə sonra “Bank Respublika Arena”da keçiriləcək.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
7 Avqust 17:30 Çək və bizə göndər!
7 Avqust 04:50 Bunlar da belə deyir...