"Sabah" son dəqiqə qolu ilə Bolqarıstanda yenildi -

7 Avqust 2025 23:58 Sabah 987
"Sabah" son dəqiqə qolu ilə Bolqarıstanda yenildi -

“Sabah” bu gün Konfrans Liqasının 3-cü təsnifat mərhələsində ilk oyununu keçirib.

Sportinfo.az xəbər verir ki, Valdas Dambrauskasın rəhbərlik etdiyi komanda Bolqarıstanda “Levski” ilə qarşılaşıb.

Ev sahibləri 90+8-ci dəqiqədə vurduğu yeganə qolla qalib gəlib.

Masazır təmsilçisi əvvəlki mərhələdə Moldova “Petrokub”unu məğlub edib, Sofiya klubu isə Avropa Liqasında Portuqaliyanın “Braqa” komandasına uduzub.

Cütün qalibi növbəti raundda “AZ Alkmar” (Niderland) – “Vaduts” (Lixtenşteyn) duelinin güclüsü ilə qarşılaşacaq.

Komandalar arasında cavab oyunu avqustun 14-də keçiriləcək.

22:00. “Levski” (Bolqarıstan) – “Sabah” (Azərbaycan) 1:0

Qol: Rulanov, 90+8

"Levski": 92. Svetoslav Vutsov, 21. Aldayr Neveş, 50. Kristian Dimitrov, 4. Kristian Makun, 3. Maykon, 10. Asen Mitkov, 17. Everton Bala, 18. Qasper Trdin, 88. Marin Petkov (k), 99. Radoslav Kirilov, 12. Mustafa Sanqare

Baş məşqçi: Xulio Velaskes

"Sabah": 92. Stas Pokatilov, 5. Rəhman Daşdəmirov, 3. Stiv Solvet, 40. İqor Noqeyra, 80. Akim Zedadka, 13. İvan Lepinitsa, 22. Zinədin Uld Xaled, 7. Boyan Letiç, 70. Cesse Sekidika, 18. Pavol Safranko (k), 20. Coy-Lens Mikels

Baş məşqçi: Valdas Dombrauskas

Baş hakim: Duje Strukan (Xorvatiya)
Sofiya."Georgi Asparuxov" stadionu

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
01:50 Emrah PAŞA