Görəsən, bundan xəbəriniz var? - Son 2 ildə...

7 Avqust 21:20 Sabah 141
Görəsən, bundan xəbəriniz var? - Son 2 ildə...

“Sabah” Konfrans Liqasında növbəti oyuna çıxacaq.

“Petrokub” səddini inamla keçən təmsilçimizin bu dəfəki rəqibi “Levski”dir.

2009/10 mövsümündə Azərbaycan çempionu Çempionlar Liqasının 3-cü təsnifat mərhələsindən kənarlaşdıran (2:0, 0:0) Bolqarıstan nəhəngi avrokuboklarda zəngin təcrübəyə sahibdir.

Lakin son illərdə “Ludoqorets”in hegemonluğu “xalq komandası”nın kölgədə qalmasına səbəb olub.

“Göylər” Çempionlar Liqasının həyəcanını sonuncu dəfə məhz “Bakı”nı üstələdiyi mövsümdə yaşayıb. O tarixdən bu yana, düz 16 ildir ki, Avropa Liqasında və Konfrans Liqasında mübarizə aparır.

“Levski” son 16 ildə yalnız bir dəfə - 2010/11 mövsümündə Avropa Liqasının qrup mərhələsinə yüksəlib. Digər hallarda mübarizəni təsnifat mərhələsində dayandırıb.

“Sabah”ın rəqibinin üstünlüyü öz meydanında xoş təsir bağışlamasıdır. “Levski”ni “Georgi Asparuhov” stadionunda məğlub etmək həqiqətən müşkül məsələdir.

Sofiyalılar 2022/23 mövsümündən bu yana doğma divarlar arasında 7 oyuna çıxıb və bunların yalnız 1-də uduzub.

Levski – PAOK (Yunanıstan) – 2:0

Levski – “Hamrun Spartans” (Malta) – 1:2

Levski – Şkupi (Şimali Makedoniya) – 1:0

Levski – Hapoel Beer Sheva (İsrail) – 2:1

Levski – Ayntraxt Frankfurt (Almaniya) – 1:1

Levski – Hapoel Beer Sheva (İsrail) – 0:0

Levski – Braqa (Portuqaliya) – 0:0

Göründüyü kimi, bolqarlar Bundesliqa təmsilçisi “Ayntraxt”a, Portuqaliyanın adlı-sanlı komandalarından “Braqa”ya məğlub olmayıb.

Digər məsələ odur ki, “Levski” avrokuboklarda öz meydanında sonuncu qələbəsini 2023-cü ilin yayında “Hapoel Beer Sheva” üzərində qazanıb. Son 2 ildə sofiyalı azarkeşlərin qarşısında oynadığı 3 matçın hamısını heç-heçə başa vurub.

Avqustun 7-də “Georgi Asparuhov” stadionunda baş tutacaq görüşün start fiti Bakı vaxtı ilə saat 22:00-da çalınacaq.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
7 Avqust 17:30 Çək və bizə göndər!
7 Avqust 04:50 Bunlar da belə deyir...