“Sabah”ı pis vəziyyətdə qoymaq istəmirsə...

7 Avqust 20:00 Sabah 518
“Sabah”ı pis vəziyyətdə qoymaq istəmirsə...

“Sabah” Konfrans Liqasında növbəti oyuna çıxacaq.

Ölkə kubokunun son qalibinin rəqibi “Levski”dir.

Komandalar arasında bu gün baş tutacaq ilk görüş Bolqarıstanda gerçəkləşəcək.

Heyətdə cəzalı və zədəli futbolçuların olmaması baş məşqçi Valdas Damrauskası sevindirməyə bilməz.

Lakin bir nəfər var ki, son dərəcə diqqətli olmalıdır.

Söhbət “Çelye”ylə səfər, “Petrokub”la Bakıdakı oyunda sarı vərəqə alan Stiv Solvetdən gedir. Mərkəz müdafiəçisi hazırda cəza sərhədindədir.

Sofiyada alacağı növbəti “sarı” “Levski” ilə cavab qarşılaşmasını kənardan izləməsinə səbəb olacaq.

Cümə axşamı “Georgi Asparuhov” stadionunda baş tutacaq görüşün start fiti Bakı vaxtı ilə saat 22:00-da çalınacaq.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
8 Dekabr 18:10 Çək və bizə göndər!
8 Dekabr 08:20 Yeni rəqibi məlum oldu
8 Dekabr 02:40 Nazim nokautla uduzdu