“O, mənə müraciət etməz, bilir ki, bu, dostluğumuza xələl gətirə bilər”

7 Avqust 09:20 Sabah 530
“O, mənə müraciət etməz, bilir ki, bu, dostluğumuza xələl gətirə bilər”

“Sabah”ın çalışdırıcısı Valdas Dambrauskas çox yaxşı məşqçidir.

Ondan çox şey öyrəndiyimi heç vaxt gizlətməmişəm.

Komandanın ən böyük üstünlüyü məhz odur”.

Sportinfo.az xəbər verir ki, bu sözləri “Dsport”a “Levski”nin sabiq çalışdırıcısı Stanislav Gençev deyib.

O bildirib ki, Dambrauskas Avropa turnirlərində təcrübəli və ağıllı məşqçidir: “

Tez uyğunlaşan məşqçidir. Həm futbolçularının xüsusiyyətlərini nəzərə alır, həm də rəqiblərini dərindən analiz edir.

Onun hansı sistemlə oynayacağını əvvəlcədən demək çətindir. Bəzən üçlü, bəzən dördlü müdafiə ilə çıxır.

Hələ də yaxşı əlaqəmiz var. Tez-tez danışırıq. O, çox etibarlı və diqqətli insandır.

Heç vaxt “Levski” ilə bağlı məsləhət almaq üçün mənə müraciət etməzdi. Bilir ki, bu, dostluğumuza xələl gətirə bilər”.

Stanislav Gençev hazırda “Lokomotiv” (Sofiya) klubunun baş məşqçisidir.

Konfrans Liqasının III təsnifat mərhələsində keçiriləcək “Levski” – “Sabah” oyunu arasında ilk oyun avqustun 7-də Sofiyada, cavab matçı avqustun 14-ü Bakıda keçiriləcək.

Digər Xəbərlər
Xəbər Lenti
8 Dekabr 18:10 Çək və bizə göndər!
8 Dekabr 08:20 Yeni rəqibi məlum oldu
8 Dekabr 02:40 Nazim nokautla uduzdu