Deyir, tanıtmayın, tanıyıram: “Bizi nəyin gözlədiyini bilirəm”

00:30 Sabah 61
Deyir, tanıtmayın, tanıyıram: “Bizi nəyin gözlədiyini bilirəm”

“Sabah” Konfrans Liqası 3-cü təsnifat mərhələsinin ilk oyunu çərçivəsində səfərdə “Levski”nin qonağı olacaq.

Sportinfo.az xəbər verir ki, “Sabah”ın baş məşqçisi Valdas Dambrauskas oyundan öncə bunları qeyd edib:

“Levski” kimi böyük tarixə malik komanda ilə qarşılaşacağıq. Rəqib komandanın təqdimata ehtiyacı yoxdur.

Bu qarşılaşmanı səbirsizliklə gözləyirəm. Bizi nəyin gözlədiyini bilirəm.

“Levski” ötən mərhələdə “Braqa”ya qarşı güclü oyun nümayiş etdirdi. Ötən mövsüm Bolqarıstan çempionatında ikinci yeri tutublar.

Bu qarşılaşmaya ciddi hazırlaşmışıq. Rəqib çox balanslaşdırılmış komandadır, oyunçularının nəyə qadir olduqlarını bilirik.

Belə komandaya qarşı oynamaq bizim üçün böyük şərəfdir. Öz planımıza əməl etməliyik. Ümidvaram ki, bu, bizə uğur gətirəcək”.

Digər Xəbərlər
Xəbər Lenti
6 Avqust 16:30 Çək və bizə göndər!
6 Avqust 01:30 Avroliqada 1 qələbə