
“Çox yaxşı məşqçidir.
Heç vaxt gizlətməmişəm ki, ondan çox şey öyrənmişəm.
‘Sabah’ın ən güclü tərəfi məhz Valdas Dambrauskasdır".
Sportinfo.az xəbər verir ki, bu sözləri “Levski”nin sabiq baş məşqçisi Stanislav Gençev "Dsport"a açıqlamasında deyib.
Bolqarıstanlı mütəxəssis vaxtilə “Ludoqorets”də hazırda “Sabah”ı çalışdıran Valdas Dambrauskasın köməkçilərindən olub.
O, Azərbaycan klubunun "Levski" ilə Konfrnas Liqasının 3-cü təsnifat mərhələsində rəqib olması ilə bağlı danışıb.
Bildirib ki, Bolqarıstan təmsilçisi daha keyfiyətli komandadır. O, "Sabah"ın litvalı baş məşqçisinin taktiki çevikliyi barədə də fikirlərini bölüşüb:
"Sabah"ın oyunlarını izləməsəm də, əminəm ki, ‘Levski’ keyfiyyət baxımından onları üstələyir. Amma Valdas avrokuboklarda təcrübəsi və qələbələri olan bir məşqçidir.
Çox tez uyğunlaşa bilən bir mütəxəssisdir. Həm futbolçularının keyfiyyətinə, həm də rəqiblərə qarşı çox detallı analizlər aparır.
Onun hansı sistemlə oynayacağını qabaqcadan demək çətindir – bəzən üç, bəzən dörd müdafiəçi ilə oynaya bilər. ‘
Ludoqorets’də əsasən 4-3-3 sistemindən istifadə edirdik, amma ‘Olimpiakos’a qarşı 3-5-2 ilə sistemi ilə çıxdıq və onları təəccübləndirib turnirdən kənarlaşdırdıq”.
“Levski” ilə “Sabah” arasında ilk oyun avqustun 7-də Sofiyada, cavab matçı avqustun 14-ü Bakıda keçiriləcək.