“Sabah” – “Levski” matçının biletləri satışa çıxarıldı

6 Avqust 2025 03:40 Sabah 490
“Sabah” – “Levski” matçının biletləri satışa çıxarıldı

Konfrans Liqasının 3-cü təsnifat mərhələsinin cavab oyunu çərçivəsində baş tutacaq “Sabah” (Azərbaycan) – "Levski" (Bolqarıstan) qarşılaşmasının biletləri artıq satışa çıxarılıb.

Sportinfo.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Avrokubokda ev oyununu stadiondan canlı izləmək istəyən şəxslər biletləri onlayn şəkildə “iticket.az” saytından, həmçinin oyun günü "Bank Respublika Arena"nın kassalarından əldə edə bilərlər.

“Sabah” – "Levski" matçı avqustun 14-ü, saat 20:00-da “Bank Respublika Arena”da baş tutacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
01:50 Emrah PAŞA