
"Sabah" Konfrans Liqasının üçüncü təsnifat mərhələsinə Bolqarıstanda start verəcək.
"Tələblər" Sofiya "Levski"sinin qonağı olacaq.
Təmsilçimiz Balkan yarımadasına sabah səhər saatlarında çarter reysi ilə yola düşəcək.
Oyun öncəsi açıq məşq 6 avqust yerli vaxtla 20:00-da baş tutacaq.
Kollektivin Sofiyadakı yeganə məşqi isə bundan yarım saat sonraya təyin olunub.
Valdas Dambrauskası sevindirən əsas məqam təbii ki, kollektivin zədə və cəzalı futbolçusu olmadan yola çıxmasıdır.
Bəs Masazır klubunu Bolqarıstanda dəstəkləyən azarkeşlər olacaqmı?
Bəli, bu barədə kluba müraciət edən həmyerlilərimiz var.
Amma sayını indidən dəqiq demək çətindir.
Xatırladaq ki, “Levski” ilə “Sabah” arasında UEFA Konfrans Liqasının 3-cü təsnifat mərhələsinin ilk oyunu avqustun 7-də Sofiyada, cavab matçı avqustun 14-ü Bakıda keçiriləcək.
XANOĞLAN / SPORTİNFO.AZ