"Konfrans Liqasının əsas mərhələsində iştirak etmək şansımız var"

7 Avqust 21:00 Sabah 164
"Konfrans Liqasının əsas mərhələsində iştirak etmək şansımız var"

Avropa Liqasında mübarizəni erkən dayandıran "Sabah"ın Konfrans Liqasında işlər yağ kimi gedir.

Komanda "Petrokub"la dueldə rəqibini çox asanlıqla üstələyə bildi - 2:0, 4:1.

İndi isə qarşıda daha ciddi sınaq var.

Rəqib "Braqa"ya yalnız əlavə vaxtda buraxdığı qolla məyus olan Bolqarıstan təmsilçisi "Levski" olacaq.

"Tələbələr"in yay fasiləsində heyətinə qatdığı Stiv Solvet bolqarlarla görüş öncəsi komandasının şanslarını dəyərləndirib:

"Bu komanda barədə o qədər də ətraflı məlumatım yoxdur, amma onların "Braqa"ya qarşı son oyununa bir az baxmışam".

Təcrübəli oyunçu "Sabah"ın Konfrans Liqasında əsas mərhələdə iştirak perspektivlərini isə belə dəyərləndirib:

"Düşünürəm ki, bizim şansımız var. Mənim üçün ən önəmlisi oyun tərzimiz və tətbiq etməyə çalışdığımız futbol fəlsəfəsidir. Hər oyun fərqlidir, nəticə bizim yaxşı performansımızdan asılı olacaq".

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
7 Avqust 17:30 Çək və bizə göndər!
7 Avqust 04:50 Bunlar da belə deyir...