
Konfrans Liqasındakı təmsilçilərimizdən “Sabah” turun taleyini böyük ölçüdə ilk oyunda həll etmişdi.
Moldova klubunu kecə bilməsəydi, bu həqiqətən “Sabah” üçün bağışlanmaz bir uğursuzluq sayılacaqdı.
Yaxşı ki, yeni baş məşqçi Valdas Dambrauskas “Avropa dərsi”ndən ardcıl ikinci uğursuzluğu bizə yaşatmadı.
“Petrokub”un gürcü baş məşqçisi Şota Maxaradze ilk oyunda “82 dəqiqə rəqiblə başabaş oynadıq” fikrinə Dambrauskasın komandası 45 dəqiqəlik dərslə cavab verdi.
Bir hissəyə 4 qol və “geym over!”. “Sabah” tarixinin bombardiri Coy-Lens Mikels də şou göstərdi. Üç qol “Selye”yə, üçünü də “Petrokub”a.
Sonuncusu “Sabah”ın formasnda yubiley qolu idi - 50-ci!
Moldovanlarla 45 dəqiqlik qol şousu arxada qaldı, avqustun 7-də isə ciddi “imtahan” var. Bolqarıstanda “xalq komandası” adlandırılan “Levski” paytaxt Sofiyada “Sabah”ı gözləyir.
Bu “Levski”yə 16 il əvvəlki avqustda məşhur iş adamı Hafiz Məmmədovun məşhur “Bakı”sı Çempionlar Liqasında uduzmuşdu.
“Neftci”yə “bu şəhər ikimizə dar” mesajı ilə replika atan “Sabah” indi özünü Bakının “1 nömrə”li komandası kimi qəbul etdirmək istəyirsə, “rəhmətlik” “Bakı”nın da heyfini “Levski”dən almalıdır.
VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN