
Avqustun 4-də Nyonda (İsveçrə) Konfrans Liqasının təsnifat mərhələsinin pley-off oyunlarının püşkatma mərasimi keçiriləcək.
Sportinfo.az xəbər verir ki, üçüncü təsnifat mərhələsində Bolqarıstandan “Levski”(Sofiya) ilə üz-üzə gələcək
“Sabah” səpələnməmişlər sırasında yer alacaq.
“Bayquşlar”ın potensial rəqibləri sırasına aşağıdakı klublar daxildir: “Fiorentina” (İtaliya), “Kristal Pelas” (İngiltərə), “Rayo Valyekano” (İspaniya), “Maynts” (Almaniya), “Strasburq” (Fransa), həmçinin 3-cü turun qalibləri AZ “Alkmaar”(Niderland) – “Vaduts”(Lixtenşteyn), “Rapid” (Avstriya) - "Dandi Yunayted" (Şotlandiya), "Anderlext" (Belçika) - "Şerif" (Moldova), "Vikinq" (Norveç) - "Başakşəhər" (Türkiyə), "Partizan" (Serbiya) – “Hibernian” (Şotlandiya), “Rakuv” (Polşa) - "Makkabi" (Hayfa, İsrail), “Balkani”(Kosovo) – “Şemrok Rovers”(İrlandiya), “Sent-Patriks”(İrlandiya) – “Beşiktaş” (Türkiyə), “Silkeborq” (Danimarka) – “Yagelloniya” (Polşa), həmçinin AL-d 3-cü mərhələdə “Panathinaikos” (Yunanıstan) – “Şaxtyor” (Ukrayna) və CFR CFR (Rumıniya) – “Braqa” (Portuqaliya) və ÇFR(Rumıniya) – “Braqa” cütlərinin məğlubları.
Püşkatma saat 16:00-da başlayacaq. Konfrans Liqasının seçmə mərhələsinin pley-off oyunları avqustun 21 və 28-də keçiriləcək.