Moldova klubu "Sabah"a müraciət etmədi - Heç kimi gətirmirlər

30 İyul 03:50 Sabah 147
Moldova klubu "Sabah"a müraciət etmədi - Heç kimi gətirmirlər

Konfrans Liqasının II təsnifat mərhələsinin cavab görüşləri çərçivəsində "Sabah"ın qonağı olacaq "Petrokub" (Moldova) azarkeşləri ilə bağlı paytaxt təmsilçisinə müraciət etməyib.

Sportinfo.az xəbər verir ki,iyulun 30-da axşam saatlarında Bakıya gələcək "Petrokub" tərəfindən indiyədək azarkeşləri ilə bağlı heç bir müraciət olmayıb.

"Sabah" - "Petrokub" görüşü iyulun 31-də, saat 20:00-da Masazırdakı "Bank Respublika Arena"da start götürəcək. Komandalar arasında ilk görüşdə Azərbaycan klubu qələbə qazanıb - 2:0.

Digər Xəbərlər
Xəbər Lenti
30 İyul 20:50 Çək və bizə göndər!