Yeni baş məşqçi Azərbaycan klubunda bunu da bacardı

30 İyul 20:00 Sabah 608
Yeni baş məşqçi Azərbaycan klubunda bunu da bacardı

"Sabah" Konfrans Liqasına uğurla start verməyi bacardı.

Düzdü, Moldovada hər şey heç də "Sabah" arzuladığı məcrada başlamadı.

Topa daha çox sahib olan, dominantlıq etməyə çalışan tərəf meydan sahibləri idi.

"Petrokub" sıradan rəqib olmadığı aydın sezilirdi. Hər halda ötən mövsüm Konfrans Liqasının əsas mərhələsində iştirak etmələri ciddi siqnal kimi qəbul edilməlidir.

Amma ilk dəqiqələrdən "tələblər"in daha keyfiyyətli heyətə sahib olduğu aydın sezilirdi.

Elə vurulan iki qol da həmin fərqin hesabına ərsəyə gəldi.

Öncə Pavol Safranko, ardınca Kahim Parris səhvə yol verən rəqib qapıçını anında və ustalıqla cəzalandırmağı bacardılar.

Cavab görüşü öncəsi kifayət qədər ciddi üstünlükdür.

Kişinyovda əldə edilən parlaq qələbə qədər dəyərli olan bir də başqa məqam xüsusi qeyd edilməlidir.

Hamımıza məlumdur ki, uzun müddətdir "Sabah" müdafiə zonasında ciddi sıxıntı yaşayır.

Renduliç dönəmindən başlayan bəla Berezutskinin zamanında sağalmadı.

Elə Valdas Dambrauskasın iki sınaq, iki rəsmi matçında da xoş olmayan mənzərə davam etdi.

Zarafat deyil, Masazır klubu litvalının rəhbərliyi altında keçirdiyi 4 görüşdə qapısında 11 qol görmüşdü.

Nəhayət, bu dəfə toxunulmaz saxlamaq mümkün oldu.

Ümid edək ki, eyni mənzərə cavab görüşündə yaşanacaq.

XANOĞLAN İMANOV

Digər Xəbərlər
Xəbər Lenti