
Konfrans Liqasının ikinci təsnifat mərhələsinin "Sabah" və "Petrokub" arasında Bakıda baş tutacaq cavab görüşündən öncə qonaqların baş məşqçisi Şota Maxaradze mətbuat önünə çıxmayacaq.
Buna səbəb moldovanların Bakı proqramının sıx olmasıdır.
Belə ki, "Petrokub" iyulun 30-da axşam saatlarında paytaxımıza çatacaq.
Gürcüstanlı mütəxəssis belədə yerli media önünə çıxmağa ehtiyac durmayıb.
O, kollektivi birbaşa məşqə çıxaracaq.
Oyun öncəsi son hazırlıq Masazırda baş tutacaq.
"Qafqaz Hotel"də məskunlaşacaq rəqib düşərgədə nə media nümayəndəsi, nə də azarkeş yer almayacaq.
Xatırladaq ki, 31 dekabr "Bank Respublika Arena"da keçiriləcək "Sabah" - "Petrokub" görüşü 20:00-da start götürəcək.
İlk oyunda komandamızın 2:0 qalib gəldiyini bildirək.
XANOĞLAN / SPORTİNFO.AZ