Başıbəlalı kluba daha bir ağır zərbə - Görün,  nə günə qaldılar!

14:00 Sabah 533
Başıbəlalı kluba daha bir ağır zərbə - Görün,  nə günə qaldılar!

2025/2026-cı il mövsümündə I Liqada mübarizə aparacaq “Səbail”in yay hazırlıq planı dəyişib.

"Dənizçilər" təlim-məşq toplanışına iyulun 25-də “ASCO Arena”da start verəcəyini açıqlasa da, bu, baş verməyib.

Sırf yeni yaranan problem üzündən! İş ondadır ki, “ASCO Arena” artıq Bayıl klubunun nəzarətindən çıxıb.

2016-cı ildən burada mənzillənən “Səbail“in artıq “əl-qolu bağlanıb“. AFFA balansındakı stadionu “Sabah“a uzunmüddətli icarəyə verib.

“ASK Arena“nın “Barselona“ futbol akademiyasının sərəncamına keçməsindən sonra yerdəyişmə etmək məcburiyyətində qalan “bayquşlar“ Bayıla üz tutub.

Masazır təmsilçisinin bütün aşağı yaş qrupları yeni məkana köçürüldüyündən, “Səbail“ bütün sərbəstliyini itirib. İndi stadion və bazada onlara yer tapılmır.

Klubun əməkdaşlarından yerləşdikləri otaqları boşaltmaları istənilib. Meydança gün ərzində istifadə edildiyindən, “dənizçilər“ məşq etmək üçün 1-2 saat vaxt da tapa bilmir.

Odur ki, hazırlıq prosesinin startı gələn həftəyədək ertələnib. Hələ bunun özü də sual altındadır.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti