
“Sabah” üçün Avropa Liqası elə ilkin mərhələdəcə bitdi. Halbuki daha irəli getmək şansı var idi.
“Selye” Konfrans Liqasının son 1/4 finalçılarından biri olsa da, heyətindəki önəmli dəyişikllər komandanın hazırki vəziyyətinə təsirsiz ötüşməyib.
“Sabah” sloveniyallılara iki oyunda 5 qol vurdu. Yaxşı nəticədir.
Əfsus ki, hücumun belə keyfiyyətli oyunu fonunda müdafiə bərbad cıxış etdi. Hər iki oyunda rəqib “Sabah”ın qapısına yol tapdı.
“Sabah”ın müdafiəsindəki problemler yeni mövzu deyil. Yeni baş məşqçi Valdas Dambrauskasa sələfləri - Krunoslav Renduliç və Vasili Berezutskidən qalma mirasdır.
Litvalı, yəqin ki, bunu bilir - “Sabah”ın martdan bu yana keçirdiyi son 18 oyundan 17-də qapısından qol buraxmasını. Son mövsümdə 36 turda 46 qol yeməsini.
Amma görünür, Dambrasuskas qısa müddətdə bu problemi həll edə bilmədi.
Hələ birinci qarşılaşmadan fərqli olaraq, cavab oyununda qapıçı Stas Pokatilov yaxşı oynadı. Qazaxıstanlı qolkiper dəfələrlə komandasını qoldan xilas etdi.
Amma müdafiədə xaos yaşanırsa, artıq qapıçılıq bir şey yoxdur. İlk qolda Rəhman Daşdəmirov rəqs edirmiş kimi əllərini yana açıb penaltiyə səbəb oldu.
Həmin vəziyyətdə əlləri bədənin arxasında gizlətməmisənsə, anidən əllər yana açıla bilıər və bunu futbolçu bilməli, nəzərə almalıdır.
Slovenlerin ikinci qolu zamanı “Sabah”ın cərimə meydançasında 9 oyunçusu olsa da, Damyan Vukliseviçi hamı nəzarətsiz buraxdı.
Əlavə vaxtda vurulan üçüncü qolda isə Boyan Letiç və Sol Solvet rəqib oyunçularını düzgün paylaşa bilmədi.
Bu dəfə Nikita İosifov nəzarətsiz qaldı. Bütün bu səhvlər qapıda Pokatilovun, hücumda Coy-Lens Mikelsin fədakarlığını heçə endirdi.
O, “Selye” ilə ilk oyuna görə çox tənqid olundu, cavab matçında isə biz futbolçu potensialına bələd olduğumuz Mikelsi gördük.
“Sabah”ın bütün tarixinin ən çox qol vurmuş oyunçusu Sloveniyada het-trik etməklə bombardir statusunu daha da möhkəmlətdi. Təəssüf ki. “Sabah” keçiləsi bir rəqib olan “Selye”ni sıradan çıxara bilmədi.
Sanki bu komandanın alnına yazılıb - dramatizm!
İki il əvəvl “Partizan”la oyunları xatırlayırsız? Bakıda 2:0-lıq qələbə, Belqradda eyni hesablı məğlubiyyət, penaıtilır seriyasında uduzmaqla, əlvida, Avropa - 0:2!
Ötən mövsüm “Makkabi Hayfa” kimi güclü rəqib üzərində səfərdə 3:0-lıq qələbə. Ardınca Masazırda 3:6 hesablı çok effektli məğlubyyət və yalnız penlatilər seriyasında qələbə ilə azarkeşləri öldürüb-diriltmək.
Bu dəfə təxminən eyni ssenari... Sadəcə, “Selye”nin əlavə vaxtdakı qolu penaltilər seriyasına imkan vermədi.
Buna deyərlər, “Sabah”vari dramatizm! Baş məşqçi Dambrauskas, deyəsən, Avroliqaya bu cür dramatik vidalaşmadan təsirlənib.
Açıqlamasına diqqət:
"İndi əsas məqsədimiz tez bir zamanda bərpa olmaq, bu matçdan dərs çıxarmaq və inkişaf etməkdir. Bu iki oyunun bizə çox şey öyrətdiyinə inanıram. Növbəti mərhələyə keçməsək də, göstərdiyimiz oyunla fəxr edə bilərik. Bu iki matçın verdiyi dərslər gələcəkdə bizim üçün faydalı olacaq".
Təki, Damrasuskas müəllimin dediyi kimi olsun, səhvlərdən nəticə çıxarsınlar!
Cünki “Sabah” səhvetmə limitini Avroliqanın elə ilk mərhələsindəcə istifadə etdi və indi təsəlli liqası - Konfrans Liqasıdr.
Burada isə rəqib Moldova təmsilçisi “Petrokub”dur. “Sabah” bu “Petrokub”u da keçməsə, daha bu klubun Avropada nə işi vardı?
İlkin Fikrətoğlu