
Daniel Lesovoyun “Sabah”a keçidi baş tutmayıb.
“Bayquşlar“ın hücumçu ilə təması uzun çəkməyib.
Moskva “Dinamo”sunun 27 yaşlı ön xətt oyunçusu Rusiyada qalmağa üstünlük verib.
İndiyədək keçirdiyi 204 matçda 20 qol, 22 məhsuldar ötürmə ilə yadda qalan rusiyalı “Dinamo”dan ”Pari NN”ə üz tutub.
Lesovoy Kiyev “Dinamo”su və “Zenit”də yetişib. 2020-ci ildə 600 min avroya Tula “Arsenal”ına transfer olunan cnah hücumçusu 1 ay sonra üç qat artıq məbləğə Moskva “Dinamo”suna keçib.
Paytaxt təmsilçisi onu 2024-cü ilin qışında Hayfa “Makkabi”sinə, ötən yay isə AEL-ə (Limassol) icarəyə verib.
Rusiyaya qayıdan forvard indi Nijni-Novqorod təmsilçisi ilə anlaşıb. ”Pari” moskvalılarla 2027-ci ilin yayınadək müqaviləsi olan Danielə görə 1 milyon dollara yaxın xərcə düşüb.
SPORTİNFO.AZ