"Sabah" bu ölkənin millisinin qapıçısını transfer etməyə hazırlaşırmı?

11:40 Sabah 1 070
"Sabah" bu ölkənin millisinin qapıçısını transfer etməyə hazırlaşırmı?

Moldova millisinin və “Veres”in qapıçısı Andrey Kojuxar karyerasını Azərbaycanda davam etdirə biləcəyi iddia olunur.

Xarici mediada yayılan xəbərlərə görə, 26 yaşlı qolkiper "Sabah"ın maraq dairəsindədir.

Belçikadan “Dender”in də transfer siyahısında yer alan Kojuxarın “Sabah”a keçəcəyi gözlənilir.

“Veres” onun üçün ən azı 500 min avro gəlir əldə etmək niyyətindədir. O, ötən mövsüm UPL-də 27, Ukrayna kubokunda isə iki oyun keçirib.

25 yaşlı qapıçının "Veres"lə müqavilə müddəti 2027-ci il iyunun 30-na qədərdir.

"Sabah"dan əldə etdiyimiz məlumata görə, komandaya yeni qapıçının cəlb olunması gözlənilir. Hər halda Yusif İmanov artıq burada deyil.

Altı ildir "çərçivə"ni qorumuş "əlcək sahibi" müqaviləsini birtərəfli qaydada pozduğundan, dönüşü az inandırıcıdır.

Ancaq Kojuxarın transferi də indiyədək müzakirə mövzusu deyil. Baxmayaraq ki, menecerlər onun Azərbaycana gələ biləcəyi barədə klubu bir müddət əvvəl məlumatlandırıb.

O, karyerası ərzində "Çernomorets" (Ukrayna), "Valmyera" (Latviya), "Mixalovçe" (Slovakiya) və "Karpatı"nın (Ukrayna) formasını geyinib.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
21 İyul 18:10 Çək və bizə göndər!