Gec hazırlıq, gecikən təyinat, bu da acı sonluğu

24 İyul 20:00 Sabah 419
Gec hazırlıq, gecikən təyinat, bu da acı sonluğu

"Sabah" Avropa Liqasında mübarizəni dayandırdı.

"Tələblər" Sloveniyada gözlənilənlənlərin əksinə layiqli mübarizə aparmaqla yadda qaldı.

Hesabı açan təmsilçimiz ardınca hesabda geri düşdü.

İkinci qol ümumiyyətlə çox pis zamanda gəldi.

Fasilədən həmən sonra.

Amma Valdas Dambrauskasın yetirmələri təslim olmadı.

Ardıcıl iki qolla səfər meydanında önə keçdi və matçı əlavə vaxta daşımağı bacardı.

Bunda Stas Pokatilovun əməyi danılmaz idi. Dəfələrlə komandasını real qoldan xilas etdi.

Amma mübarizə ruhunun davamını əlavə vaxtda gətirmək mümkün olmadı. Meydan sahibləri daha bir dəfə fərqlənərək növbəti mərhələyə vəsiqə qazanmış oldu.

Hər iki görüşdə də "Sabah" oxşar taleyi yaşadı.

Həm Bakıda, həm də Selyedə iki dəfə hesabda önə çıxan Masazır klubu üstünlüyü sona kimi əldə saxlamağı bacarmadı.

Çünki fiziki gücü çatmadı.

Mental olaraq komanda hazır deyildi.

Litvalı mütəxəssis pis məşqçiyə oxşamır.

Amma onun gec təyinatı, yay toplanışının gec başlaması onun da işini yaxşı görməsinə ciddi əngəl yaratdı.

Axı əlində sehrli çubuq yoxdur ki, 3 həftəyə komandanı ideal duruma gətirsin.

Bu da xoş olmayan nəticəsi...

XANOĞLAN İMANOV

Digər Xəbərlər
Xəbər Lenti
25 İyul 18:10 Çək və bizə göndər!