Əcnəbi baş məşqçi Azərbaycanda onların qəzəbinə tuş gəldi!

21 İyul 21:00 Sabah 278
Əcnəbi baş məşqçi Azərbaycanda onların qəzəbinə tuş gəldi!

"Sabah" Avropa Liqasında mübarizəni dayandırdı.

Kollektiv "Çelye" ilə bacarmadı.

Halbuki hər iki görüşdə də uğurlu olmaq üçün kifayət qədər şanslar vardır.

Evdə son dəqiqələrdə buraxılan qolla 2:3 məğlub olan təmsilçimiz cavab görüşündə isə əlavə vaxtda buraxdığı qolla təslim oldu - 3:3.

120 dəqiqəlik layiqli mübarizənin ardınca əsas hədəf komandanın baş məşqçisi Valdas Dambrauskas göstərilib.

Ki, niyə hesabda önə çıxdıqdan, hər şey yolunda getdiyi anda komanda qapandı?

Bu barədə sosial şəbəkələrdə çoxsaylı şərhlər gördük.

Bəzi iradları sizə təqdim edirik:

"Mərhələni adlaya bilməməyin günahı "Sabah"ın özündədir. 2 oyunda "Sabah" 4 dəfə önə keçdi, amma heç bir halda hesabı qoruya bilmədi".

"Hesabı qorumaq istəyəndə belə olacaqdır".

"Yaxşı oynadılar, qollar vurdular, amma nəticə?".

"Müdafiəyə qapananda belə də olmalıydı".

"Nə qədər eksperiment etmək olar? Hər il məşqçi gəlir. Yekunda da komanda bunun əziyyətini çəkir".

"Heyif, keçiləsi rəqib idi".

"Hesabda önə keçəndən sonra qorxaq futbol oynamağın nəticəsi belə olmalıydı".

"Sabah"ın sona qədər fiziki gücü çatmadı".

"Oyun Bakıda bitmişdi. Belə yanaşma ilə qabağa getmək olmaz".

"Heyif qapıçının əziyyətinə".

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
21 İyul 18:10 Çək və bizə göndər!