
"Sabah"ın UEFA Konfrans Liqasının 2-ci təsnifat mərhələsində "Petrokub"la (Moldova) keçirəcəyi ilk oyunun başlama saatları və hakimləri müəyyənləşib.
Sportinfo.az UEFA-nın saytına istinadən xəbər verir ki, iyulun 24-də Kişinyovdakı "Zimbru" stadionunda keçiriləcək ilk qarşılaşma Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.
Oyunu İsraildən olna hakimlər briqadası idarə edəcək. Qal Leiboviç matçın baş hakimi olacaq.
Ona Omer Barbiro və Yossi Babayoff kömək edəcəklər. Dekel Zino dördüncü hakim funksiyasını yerinə yetirəcək.