
“Çətin olacağı bəlli idi.
Ancaq “Sabah”ın təslim olacağını düşünmürdük, bunda da yanılmadıq.
Məncə, məşqçi təyinatı daha erkən olsaydı, təmsilçimiz “Çelye”ni mübarizədən kənarlaşdıra bilərdi. Keyfiyyətdə yox, fiziki göstəricilərdə geridə qaldıq.
Bir sözlə, gücümüz yetmədi. Amma bunlara paralel olaraq, xətlərarası məsafəni də çox uzun saxladıq. Ev sahibləri boş zonalarda daha rahat topa sahib olurdu.
Görünən odur ki, “Sabah”ın məşqçilər korpusu “Çelye”ni məğlub etməyin açarını tapmışdılar, meydanın rəqibə aid hissəsində tətbiq edilən basqı məhz bu idi. Təəssüf, sona qədər gətirə bilmədik”.
Bu açıqlama “Sportinfo TV”nin aparıcı eksperti Elçin Cəfərova məxsusdur.
Tanınmış jurnalist Avropa Liqasının I təsnifat mərhələsinin cavab oyunları çərçivəsində keçirilən “Çelye” – “Sabah” matçı (3:3) haqda danışıb, turu adalaya bilməməyimizin səbəblərinə toxunub.
VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN