Onlar Azərbaycan klubuna rəqib oldu - Konfrans Liqasında

01:00 Sabah 218
Onlar Azərbaycan klubuna rəqib oldu - Konfrans Liqasında

Avropa Liqasının 1-ci təsnifat mərhələsində “Çelye”yə (Sloveniya) uduzan (2:3, 3:3) “Sabah” mübarizəni Konfrans Liqasında davam etdirəcək.

Sportinfo.az xəbər verir ki, komanda 2-ci təsnifat mərhələsində Moldova təmsilçisi “Petrokub”la qarşılaşacaq.

Konfrans Liqanın 1-ci təsnifat mərhələsinin ilk oyununda səfərdə "Birkirkara"ya uduzan (0:1) "Petrokub" cavab matçında Malta təmsilçisinə 3:0 hesabı ilə qalib gələrək 2-ci tura yüksəlib.

"Sabah"la "Petrokub" arasında ilk oyun iyulun 24-də Moldovada, cavab matçı isə iyulun 31-də Bakıda keçiriləcək.

"Petrokub" ötən mövsüm Moldova çempionatını 3-cü pillədə başa vurub.

Digər Xəbərlər
Xəbər Lenti
17 İyul 18:10 Çək və bizə göndər!