Azərbaycan klubu hər il hər il ora-bura icarəyə verilən hücumçunu satın alır?

17 İyul 22:40 Sabah 532
Azərbaycan klubu hər il hər il ora-bura icarəyə verilən hücumçunu satın alır?

“Sabah” heyətinə daha bir legioner cəlb etməyə çalışır.

Sportinfo.az xəbər verir ki, “bayquşlar” Daniel Lesovoyla maraqlanır.

Gələn ilin yayınadək Moskva “Dinamo”suna məxsus olan 27 yaşlı oyunçu ilə danışıqlar başlayıb.

İndiyədək keçirdiyi 204 matçda 20 qol, 22 məhsuldar ötürmə ilə yadda qalan rusiyalı Azərbaycana gəlməyə razıdır, qalır “Dinamo” ilə transfer məbləğini razılaşdırmaq.

Lesovoy Kiyev “Dinamo”su və “Zenit”də yetişib. 2020-ci ildə 600 min avroya Tula “Arsenal”ına transfer olunan cnah hücumçusu bir ay sonra 3 qat bahasına Moskva “Dinamo”suna keçib.

Paytaxt təmsilçisi onu 2024-cü ilin qışında Hayfa “Makkabi”sinə, ötən yay isə AEL-ə (Limassol) icarəyə verib.Rusiyaya qayıdan futbolçu indi də “Sabah”a keçməyə yaxındır.

Digər Xəbərlər
Xəbər Lenti
17 İyul 18:10 Çək və bizə göndər!