
Avropa Liqasındakı təmsilçimiz “Sabah” II təsnifat mərhələsinin cavab görüşü çərçivəsində “Çelye”nin qonağı olacaq.
Sportinfo.az “tələbələr”in Sloveniya səfərini təqdim edir.
Ölkə kubokunun son qalibi iyulun 16-da səhər saatlarında ölkəni tərk edəcək.
Nümayəndə heyətini daşıyacaq çarter reysli təyyarə Bakıdan Lyublyanaya uçacaq. “Sabah”ın üzvləri paytaxtdan Çelyeyə qədər olan 80 km məsafəni avtobusla qət etmək məcburiyyətindədir.
Komandamız “A Plyus Celye Hotel”də məskunlaşacaq.
Oyundan bir gün əvvəl – iyulun 16-da Bakı vaxtı ilə saat 20:30-da Masazır təmsilçisinin baş məşqçisi Valdas Dambrauskas mətbuat konfransında jurnalistlərin suallarını cavablandıracaq.
Bundan yarım saat sonra komanda üzvləri görüşün keçiriləcəyi “Zdejele” stadionunda oyunöncəsi son məşqinə çıxacaq.
Qarşılaşmadan dərhal sonra "Sabah" Bakıya qayıdacaq.
Komandalar arasında Bakıda keçirilən ilk matçda “Çelye” 3:2 hesablı qələbəyə sevinmişdi.
Cavab dueli iyulun 17-si Bakı vaxtı ilə saat 22:00-da start götürəcək.
HƏBİB