Sloveniyada fövqəladə hadisə baş verməsə...

17 İyul 21:00 Sabah 230
Sloveniyada fövqəladə hadisə baş verməsə...

"Sabah" Avropa Liqasına məğlubiyyətlə başladı.

Doğma meydanda "Çelye"ni qəbul edən masazır təmsilçisi meydandan 2:3 hesablı məğlubiyyətlə ayrıldı.

Halbuki oyuna yaxşı başlayan tərəf "tələblər" idi.

Valdas Dambrauskas rəqibi yaxşı analiz edə bilmişdi.

Ön xəttdə təzyiq edilir, topu ələ keçirən kimi sürətli hücumlar qurulurdu.

Rəqibin buna bənzər oyun modelinə qarşı isə Pokatilovun uzun ötürmələri ilə topu irəli daşımaq lazım idi.

İlk qol epizodunun davamında olduğu kimi.

Xüsusilə bu oyun modeli ilk hissə yetəri qədər işə yaradı.

Əbəs deyil ki, komanda fasiləyə üstün yollandı - 2:1.

Amma hesab arasındakı fərq daha çox olmalıydı.

Əgər ələ düşən şanslar lazımınca dəyərləndirilsəydi.

Fürsətlərin sağa-sola xərclənməsi, fiziki gücün erkən bitməsi ikinci yarıda qonaqların əl-qolunu açdı.

Əvəzində 2 qol vuran Albert Rieranın yetirmələri Bakıdan vacib qələbə ilə qayıtmağı bacardı.

Buraxılan qollarda müdafiə xəttinin etdiyi kobud xətaları da qeyd etmək yerinə düşər.

Xüsusilə yeni transfer Stiv Solvetin mövqe səhvləri iki dəfə "Sabah"ım topu qapıdan çıxarmasına səbəb oldu.

Bəlkə də son dəqiqələrdə buraxılan qol olmasaydı, cavab görüşündə nəyəsə ümid etmək olardı.

Sloveniyada fövqəladə nəsə baş verməsə böyük ölçüdə çütün taleyinə Masazırda aydınlıq gəldiyini deyə bilərik.

Rəqib bu cür şansı əldən verənə heç bənzəmir.

XANOĞLAN İMANOV

Digər Xəbərlər
Xəbər Lenti
17 İyul 18:10 Çək və bizə göndər!