Premyer Liqa klubu qışda gətirdiyi əcnəbini yayda yola salır?

27 Aprel 21:15 Sabah 1 025
Premyer Liqa klubu qışda gətirdiyi əcnəbini yayda yola salır?

Stas Pokatilov mövsümün sonu "Sabah"ı tərk edə bilər.

Buna səbəb təcrübəli qapıçıya ölkəsindən yaxşı təkliflərin olmasıdır.

32 yaşlı qolkiper özü də yüksək əməkhaqqı qarşılığında vətənə qayıtmağa isti baxır.

Paytaxt təmsilçisi Qazaxıstan millisinin üzvünü qış fasiləsində heyətinə qatıb.

Tərəflər arasındakı anlaşmanın müddəti 2025-ci ilin yayı bitir.

O, "Sabah" formasında keçirdiyi 13 görüşdə qapısında 15 qol görüb.

Pokatilov karyerası ərzində Qazaxıstanın “Akjayık” (2010-2013), “Şaxtyor” (Karaqanda, 2013-2015), “Aktobe” (2015-2016, 2022-2023), “Kayrat” (2016-2022), “Tobol” (2024) və Rusiyanın “Rostov” (2016) komandalarında çıxış edib. 2015-ci ildən Qazaxıstan millisinin üzvü olan Stas, yığmada 28 oyun keçirib.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
19 Oktyabr 20:00 Çək və bizə göndər!
19 Oktyabr 18:10 Mahirə ehtiyac duymadılar
19 Oktyabr 15:15 "Sportinfo TV”də GÜNDƏM
19 Oktyabr 03:20 "Quba" ilə bacarmadılar