COP29

Premyer Liqa klubunun 3 legionerindən ƏN SON XƏBƏR

29 Avqust 20:00 Sabah 836
Premyer Liqa klubunun 3 legionerindən ƏN SON XƏBƏR

"Sabah"ın zədəli futbolçularının durumuna aydınlıq gəlib.

Bu barədə Sportinfo.az-a klubdan məlumat verilib.

Belə ki, Ayaz Quliyevlə Vinsent Till hazırda reabilitasiya keçirlər.

Hər iki futbolçunun təxminən sentyabr ayının sonlarında komanda ilə məşqlərə başlaması nəzərdə tutulub.

Komanda yoldaşlarına nisbətdə Kahim Parrisin vəziyyəti daha yaxşıdır.

O, artıq fərdi hazırlığa start verib.

Vinger növbəti həftədən komanda ilə məşqlərə qoşula biləcək.

Xatırladaq ki, Till ötən mövsümün "Qarabağ"la baş tutan matçında (3:3) ağır zədə almışdı. Lüksemburqlu legioner 7 aydı zədədən əziyyət çəkir.

Ayaz Quliyev Konfrans Liqasının "Makkabi" ilə cavab matçında, Kahim Parris isə "Sent Patriks"lə Bakıdakı görüşdə xəsarət aldığı üçün yaşıl meydanlardan uzaq düşüb.

XANOĞLAN

Digər Xəbərlər
Xəbər Lenti
12 Oktyabr 08:50 Santuşa Fernandesi verin...