COP29

"Qarabağ"ın qələbəsi mənim üçün gözlənilməz oldu, indi proqnoz verməkdə çətinlik çəkirəm"

22 Fevral 19:20 Sabah 3 157
"Qarabağ"ın qələbəsi mənim üçün gözlənilməz oldu, indi proqnoz verməkdə çətinlik çəkirəm"

“Düzünü desəm, bəli, “Qarabağ”ın Portuqaliyada “Braqa”ya 4:2 qalib gəlməsi bir qədər gözlənilməz oldu.

Amma “Qarabağ”ın son illərdə avrokuboklarda keçirdiyi oyunlar və komandanın inkişafını nəzərə alsaq, bu qələbə məntiqli görünür”.

Sportinfo.az xəbər verir ki, bu sözləri sportal.az-a açıqlamasında “Sabah”ın legioneri Kristian da Silva deyib.

Uzun illər Portuqaliyada da çıxış etmiş 34 yaşlı yarımmüdafiəçi Ağdam klubuna “Braqa” ilə Bakıda keçirəcəyi cavab qarşılaşmasında da uğurlar arzulayıb:

“Qarabağ”ı indi Bakıda “Braqa”ya qarşı oyun gözləyir. Mən onlara “Qarabağ”a ikinci oyunda da uğurlar arzulayıram.

Onlar ilk matçdan sonra böyük üstünlük qazanıblar. “Qarabağ”ın Bakıda da “Braqa”nı məğlub edəcəyi məsələsinə gəlincə, mən proqnoz verməkdə çətinlik çəkirəm.

Düşünürəm ki, cavab oyunu da ən azı birincisi qədər maraqlı olacaq”.

Kristian “Sabah”a gələnə qədər Portuqaliyada “Nasyonal”, “Pakoş de Ferreyra”, “Feyrense”, “Kasa Pia”, “Akademika de Koimbra” klublarında oynayıb.

Digər Xəbərlər
Xəbər Lenti
26 İyul 18:10 Çək və bizə göndər!
26 İyul 00:10 "Nə olacaqsa, olacaq"