COP29

Azərbaycan klubunun baş məşqçisini istefaya göndərməsi - İNANDIRICIDIRMI?

2 Oktyabr 2023 10:40 Sabah 4 293
Azərbaycan klubunun baş məşqçisini istefaya göndərməsi - İNANDIRICIDIRMI?

«Sabah»ın qələbəsiz oyunlar seriyası Bayılda beş həftəyə çatdı.

Qurban Qurbanovla çempionluq yarışına qayıtmaq ehtimalı sürətlə azalır Murad Musayevin.

Komanda onunkudur, həm də onunku deyil. Əlbəttə, nəticələrə yeganə məsul fiqur baş məşqçidir və çıxış yolunu tapmalı olan da odur.

Musayev hələlik ağ zolağa aparan istiqaməti tapa bilməyib. «Sabah»ın altı illik tarixinin ən iri transfer büdcəsi ilə mövsümə başlamış rusiyalının istefanın biraddımlığına yetişməsi az inandırıcıdır.

O. ötən iki sezonda mühüm işlər görüb, klub dəftərində yeni səhifələr açıb və güman ki, rəhbərlik vida xütbəsi etməyi hələ ağlının ucundan keçirmir.

Hər şeyi zamanın öhdəsinə buraxacaqlar yəqin.

Məndə buna yəqinlik hasil edən hansısa məlumata malik deyiləm, sadəcə, hissiyatıma güvənirəm. Bir də yaxın keçmişin xronologiyasına.

Musayevin getməsi ilə heç nə səliqə-sahmana düşməyəcək. Onun komanda ilə geridönüş edib-etməyəcəyi ikinci dövrədə müəyyənləşəcək.

Hələlik yeni gələn futbolçuların demək olar biri də «Sabah»ı irəli aparacaq işartısını vermir.

İshak Belfodil, Sofian Çakla, Cesse Sekidika, Kahim Parris, Ayaz Quliyev və Vinsent Till ayrı-ayrılıqda yaxşı oyunçulardır. Onlara pis deməyə adamın dili gəlmir.

«N» qədər pul alırlar ey! Dünənə qədər «Qarabağ» və «Neftçi»nin təkliflərini geri çevirən adlardır hamısı.

Problemin biri odur ki, komandaya son qoşulanların bircəciyi də hazır gəlməyib. Oyun praktikasının və fiziki hazırlığın yetərli olmamasının əziyyətini çəkirlər.

«Sabah» qarşıdakı üç-dörd həftədə də səndirliyə-səndirliyə getsə, mən yenə təəccüblənməyəcəm.

Yenilərin Musayevin əzbər futbolunu mənimsəməsi vaxt udacaq, vaxtı udmayacaq istənilən halda.

ELNUR

Digər Xəbərlər
Xəbər Lenti
11:20 Bir-bir…