Tanınmış klubdan gələn: "Sabah"ın tarixi uğurlarında pay sahibi olmaq istəyirəm"

14 Sentyabr 22:40 Sabah 403
Tanınmış klubdan gələn: "Sabah"ın tarixi uğurlarında pay sahibi olmaq istəyirəm"

"Burada əsas məqsədim klubun tarixi uğurlarında pay sahibi olmaqdır".

Sportinfo.az xəbər verir ki, bunu "Sabah"ın yeni transferi İshak Belfodil klubun mətbuat xidmətinə açıqlamasında deyib.

31 yaşlı əlcəzairli hücumçu oyuna çıxacağı anı səbirsizliklə gözlədiyini bildirib:

"Burada olmaqdan çox şadam. “Sabah” gənc klubdur. Azarkeşlərimizə məni xoş qarşıladıqlarına görə təşəkkür edirəm.

Mən və komanda var qüvvəmizlə çalışaraq əlimizdən gələni edəcəyik ki, onları müsbət nəticələrimizlə sevindirək".

"Sabah" Belfodillə 2+1 illik müqavilə imzalayıb.

Belfodil karyerası ərzində “Lion” (Fransa), “Bolonya”, “Parma”, “İnter”, “Livorno” (hamısı İtaliya), “Standard” (Belçika), “Verder”, “Hoffenhaym”, “Herta” (hamısı Almaniya) kimi tanınmış klubların formasını geyinib.

Əlcəzair millisinin üzvü bu ilin yayında Qətərin “Əl-Qarafa” klubundan ayrılıb.

Digər Xəbərlər
Xəbər Lenti
29 Noyabr 21:40 Baş məşqçi ayrılığı
29 Noyabr 16:50 Çək və bizə göndər!
29 Noyabr 02:40 AFFA rəsmisi İsveçrədə
29 Noyabr 01:00 Millimiz Mərakeşə uduzdu