
Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) milli komandaların heyətində ən gənc yaşda qol vuran futbolçuların siyahısını dərc edib.
Sportinfo.az xəbər verir ki, son olaraq İspaniya millisinin üzvü Lamine Yamal ilk “10-luğ”a düşməyi bacarıb.
O, üç gün əvvəl AVRO-2024-ün seçmə mərhələsində Gürcüstanla (7:1) görüşdə 16 yaş 57 günlüyündə fərqlənərək, yığmalarda qol vuran ən gənc üçüncü futbolçu olub.
Yamal hazırda “Sabah”da çıxış edən lüksemburqlu Vinsent Tillin göstəricisini yaxşılaşdırıb.
Siyahıya isə irlandiyalı Samuel Conston başçılıq edir. O, 1982-ci ildə Uelslə qarşılaşmada qol vuranda 15 yaş 160 günlüyündə olub.
Futbolçu |
Ölkəsi |
Qol vuranda yaşı |
Oyunun tarixi |
Oyun |
|
1 |
Samuel Conston |
İrlandiya |
15 yaş 160 gün |
25.02.1882 |
Uels 1:7 |
2 |
Jozef Xorvat |
Macarıstan |
16 yaş 12 gün |
07/10/1906 |
Bohemiya 4:4 |
3 |
Lamine Yamal |
İspaniya |
16 yaş 57 gün |
08/09/2023 |
Gürcüstan 7:1 |
4 |
Vinsent Till |
Lüksemburq |
16 yaş 117 gün |
31/05/2016 |
Nigeriya 1:3 |
5 |
Vladimir Lubanski |
Polşa |
16 yaş 188 gün |
04/09/1963 |
Norveç 9:0 |
6 |
Fernand Nisot |
Belçika |
16 yaş 334 gün |
10/03/1912 |
Niderland 1:2 |
7 |
İmre Şlosser |
Macarıstan |
17 yaş 24 gün |
04/11/1906 |
Avstriya 3:1 |
8 |
Pol van Himst |
Belçika |
17 yaş 28 gün |
30/10/1960 |
Macarıstan 2:1 |
9 |
Nuri Şahin |
Türkiyə |
17 yaş 33 gün |
08/10/2005 |
Almaniya 2:1 |
10 |
Yan van Breda Kolff |
Niderland |
17 yaş 74 gün |
02/04/1911 |
Belçika 3: |