Azərbaycan klubunun almanı: “Mən və komanda yoldaşlarım bunu çox istəyirik”

15 Mart 2023 21:00 Sabah 608
Azərbaycan klubunun almanı: “Mən və komanda yoldaşlarım bunu çox istəyirik”

"Son iki oyun asan keçmədi”.

Bu sözləri Sportinfo.az-a açıqlamasında “Sabah”ın bombardiri Coy-Lens Mikels deyib.

Premyer Liqada qollarının sayını 14-ə çatdıran almaniyalı hücumçu “Kəpəz” və “Sumqayıt” üzərində qazanılan qələbələrin çox vacib olduğunu bildirib:

“Biz öz oyunumuzu sərgiləyərək, bu matçlardan maksimum nəticə ilə ayrılmağı bacardıq. Bizim üçün vacib xallar idi.

Qələbə həmişə insanda xoş hisslər yaradır. Bu sevinci daim dadmaq istəyirik.

Mövsümün başa çatmasına 10 tur qalıb. Demək, əsas mübarizə yenə qabaqdadır

.Çempionatda qalan həftələri yüksək səviyyədə keçirməliyik ki, çəkdiyimiz əziyyətin qarşılığını görək.

Mən və komanda yoldaşlarım bunu çox istəyirik”.

Digər Xəbərlər
Xəbər Lenti
14 Sentyabr 18:10 Çək və bizə göndər!
14 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
14 Sentyabr 13:40 "Şəfa" VÜSALına qovuşdu
14 Sentyabr 11:20 "Qarabağ"ı uda bilərdik"