
Azərbaycan Premyer Liqasında XXVI turun daha bir oyunu keçirilib.
Sportinfo.az xəbər verir ki, "Sabah" Masazırda "Sumqayıt"ı təmsil edib.
Qarşılaşma paytaxt təmsilçisinin 4:0 hesablı qələbəsi ilə bitib. Meydan sahiblərinin heyətində ilk qolu 45-ci dəqiqədə Coy Lens Mikels vurub. 75-ci dəqiqədə Aleksey Kaşuk fərqlənib.
83-cü dəqiqədə Ceyhun Nuriyev, 90+2-ci dəqiqədə Seymur Məmmədov fərqi daha da artırıb.
Qələbə sayəsində xallarının sayını 59-a çatdıran "Sabah" ikinci pillədə qərarlaşıb. "Sumqayıt" isə 21 xalla 7-ci sıradadır.