Bu məşqçi "Sabah"dan Rusiya klubuna keçdi - RƏSMİ

13:20 Sabah 632
Bu məşqçi "Sabah"dan Rusiya klubuna keçdi - RƏSMİ

"Soçi"nin məşqçilər korpusunda yeni təyinat olub.

Sportinfo.az Rusiya klubunun mətbuat xidmətinə istinadən xəbər verir ki, eyniadlı şəhərin təmsilçisinin qapıçılar üzrə məşqçisi vəzifəsi Aleksey Antonyuka həvalə olunub.

Tərəflər arasında mövsümün sonuna qədər müqavilə imzalanıb.

41 yaşlı mütəxəssis 2024-cü ilin dekabrından "Sabah"ın məşqçilər korpusunda yer alırdı.

Aleksey Antonyuk 2022–2024-cü illərdə Moskvanın “Rodina” klubunda, 2017–2022-ci illərdə isə “Krasnodar”da qapıçılar üzrə məşqçi olub.

Digər Xəbərlər
Xəbər Lenti