Sürpriz "bomba"nı partlamağa qoymadılar – Kaşukun varsa…

30 Noyabr 2022 19:00 Sabah 519
Sürpriz "bomba"nı partlamağa qoymadılar – Kaşukun varsa…

Bəzən bir komandada bir, yaxud bir neçə lider olur.

Bu, hələ o demək deyil ki, liderlərin hamısı məsuliyyəti öz üzərinə götürmək iddiası ilə meydana çıxır.

Aleksey Kaşuk «Sabah»ın digər aparıcı simalarından bu mənada fərqlənir. Murad Musayev ukraynalı vingerin yenidən icarəyə götürülməsinə israr etməklə, bilirmiş nə istədiyini.

Bununla gerçəkdən öz işini yüngülləşdirib. Kaşuk meydandadır - nəsə edəcək.

Kim etməsə belə, o, edəcək. Ortadan vurub, cinahdan çıxacaq.

Cinahdan vurub, ortadan çıxacaq. İstənilən halda özünə bir boş yer tapacaq, ya qapıya zərbə vuracaq, ya da məhsuldar ötürmə verəcək.

Tovuz hamının çəkinə-çəkinə yollandığı səfərdir. Bura qədəm basan qonaq komanda bilir ki, hər şeyə hazır olmalıdır, sürpriz «bomba» başının altındadır.

«Turan» mövsümün ən ağır 90 dəqiqəsini «Sabah»a yaşatdı. Murad Musayev Tovuzda qazandıqları 3 xalın keyfini 3 gün, 3 gecə çıxarmalıdır.

Hətta «Qarabağ» belə, 0:0 bitən oyunda onun «Sabah»ına belə gərgin anlar yaşatmamışdı. Həqiqətən bölgələrdəki oyunlarun ab-havası bir başqadır, özəldir.

Paytaxtdan kənara çıxmayan futbolçulara əyalət stadionları bir özgə cür gəlir, başqalaşırlar. Tovuz tamaşaçısı yalnız tamaşaçı deyil, o cümlədən, futbolu bilən, başa düşən, anlayan zümrədir.

Belə publikanın önündə oynamağın özü zövq verir. «Turan» 1 qolla uduzsa da, tovuzlu azarkeşlərin nəticəyə üzülməsinə inanmağım gəlmir.

Çün futbol izlədilər, özlədikləri həyacanı yaşadılar. Hər iki tərəfin ifasında.

KAMİL

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!