Azərbaycan və Türkiyə klubu anlaşdı - Onun maaşı yarı bölündü

29 Avqust 13:00 Sabah 4 310
Azərbaycan və Türkiyə klubu anlaşdı - Onun maaşı yarı bölündü

“Sabah”ın “Sivasspor”dan Velko Simiçi heyətinə qatması barədə məlumat vermişdik.

Saytımız anlaşmanın detallarına dair bəzi yeni bilgilər əldə edib.

“Sabah” serbiyalı legionerin maaşını tam verməyəcək.

Belə ki, birilik icarə müqaviləsinə əsasən, 30 yaşlı vingerin maaşının 50 faizi onun müqavilə ilə məxsus olduğu “Sivasspor” tərəfindən ödəniləcək.

Simiç “Sivasspor”da illik təxminən 150 min dollar maaş alırdı. Serbiya yığmasının da üzvü olmuş hücumameyilli yarımmüdafiəçi ötən mövsüm Türkiyə Super Liqasında 15 oyun keçirib, 1 qol vurub.

O, “Sabah”da 21 nömrəli formada çıxış edəcək.

Simiç karyerası ərzində “Sivasspor”la yanaşı, Serbiyanın “Srvena Zvezda” (2012-2013, 2018-2021), “Zemun” (2018), “Voyvodina” (2021-2023), İsveçrənin “Bazel” (2013-2017), “Şaffhauzen” (2016), “Kyasso” (2016-2017), “Vintertur” (2017), Sloveniyanın “Domjale” (2014-2015) və Kiprin “Omoniya” (2023-2025) klublarında çıxış edib.

Velko Serbiyanın müxtəlif yaş qruplarından ibarət yığmalarının və əsas millinin üzvü olub.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
26 Dekabr 18:10 Çək və bizə göndər!
26 Dekabr 08:40 Bu da 7 qol! - VİDEO
26 Dekabr 02:30 Bu siyahıda onlar da var
26 Dekabr 01:10 İsayevin halı necədir?