Premyer Liqa klubu yeni məkana köçdü, idman direktoru baş məşqçi kimi işə başladı

5 İyul 2022 13:00 Sabah 1 862
Premyer Liqa klubu yeni məkana köçdü, idman direktoru baş məşqçi kimi işə başladı

“Sabah”ın “ASK Arena”ya köçü başlayıb.

“Tələbələr”in 19 yaşlılardan ibarət komandası artıq şəhərin mərkəzində yerləşən stadionda məskunlaşıb.

Qarşıdakı günlərdə Murad Musayevin çalışdırdığı əsas kollektivlə yanaşı, bəzi aşağı yaş qruplarının da bura üz tutması nəzərdə tutulub.

Klubun Müşahidə Şurasının üzvü və idman direktoru İqor Ponamaryovun U-19-un sükanı arxasına keçməsini bir daha xatırladaq.

Son olaraq “Turan Tovuz”u çalışdırmış Rövşən Babayev ona köməkçi təyin edilib.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı